İtirilmiş günəşin axtarışında | Seymur Baycan

Yayı, qızmar günəşi necə səbirsizliklə gözləyirdim. Qızmar günəşin şüaları altında oturub qışın soyuğun canımdan çıxarmaq, sümüklərimi qızdırmaq, günəşdən orqanik enerji almaq istəyirdim. Son illər günəşi, isti havanı daha çox sevməyə, qiymətləndirməyə başlamışam. Günəş, günəşli hava, günəş şüaları, isti – bunlar necə gözəl nemətlər imiş. Bu sadə və bayağı həqiqəti axır vaxtlarda başa düşmüşəm.

Davamı →

Qorxulu Tehran haqqında

Günəş qarşıdakı təpənin dalından süzüb get-gedə enir, hava qaralırdı. Məhin tutqun olduğu üçün bu tutqunluğun üstünə bir də qaranlıq çökməsini istəməyirdi. Ömrünün axır gecəsi olduğunu hiss edirmiş kimi süzgün baxışlarla günəşi süzərək sanki onun eləcə durmasını və qürub etməməsini diləyir, rica edirdi.

Lakin təbiət onun ricasını qəbul edərdimi?
Xeyr! O öz hökmünü icra etməkdə idi…

Qar getdikcə şiddətini artırırdı. Dustaqların paltarları islanmış, su bədənlərinə keçməyə başlamışdı. Onların əlləri bir-birinə bağlandığı üçün üst-başlarına düşən qarı silib təmizləməyə imkanları yox idi. Hər biri min zəhmətlə özünü silkələyir, lakin bu silkələmə çox vaxt onların zərəri ilə nəticələnirdi. Qar boyunlarından kürəklərinə tökülüb daha da onlara əziyyət verirdi…

Mürtəza Müşfiq Kazımi
“Qorxulu Tehran” əsərindən

Davamı →

Şahinlərin gözümdən tamam düşməsi haqqında

İgidin adını eşit, üzünü görmə.
Atalar məsəli

Hər gün səhər bir saat, saat yarım parkda piyada gəzirəm. Gəzməzdən əvvəl parkdakı quşları yemləyirəm. Evdən çıxanda özümlə üç-dörd dilim çörək, iki-üç ovuc çiy günəbaxan tumu götürürəm. Tumları bazardan alıram.
Həqiqətən quşları yemləmək çox əla məşğuliyyətdir. Adamın beyni dincəlir. Quşbazları indi başa düşürəm. Heyf ki, şəraitim yoxdur. Şəraitim olsaydı məmnuniyyətlə göyərçin saxlayardım.
Bəzən quşları yemlədiyim zaman quşlar qəfildən, həyacanla pərən-pərən düşürlər. Bir anda uçub dörd tərəfə dağılışırlar. Başım çıxmır niyə belə edirlər. Ətrafa diqqətlə baxıram. Gözümə heç bir şübhəli canlı dəymir.

Davamı →

18,6 sm haqqında

Soruşanda ki, kimin başı gəşəngdir, tısbağa öz başını çıxartdı.
Atalar məsəli

Müxtəlif vaxtlarda, müxtəlif zamanlarda dəfələrlə cəhdlər etsəm də, dəfələrlə ətrafında düşünsəm də, bu suala heç cür cavab tapa bilmirəm: necə oldu 18,6 sm romanını yaza bildim?
Desəm ki, romanı hər şeyi dərk edərək, planlı şəkildə, qazandığım təcrübəyə söykənərək yazmışam, bu, tərtəmiz yalan olar. Desəm ki, 18,6 sm sırf dəliliyin, ipə-sapa yatmamağın nəticəsində yazılıb, bu da düzgün cavab sayılmaz. İstəyirəm deyəm 18,6 sm taleyim, alın yazımdır, amma alın yazısına da inanmıram.

Davamı →

Ədəbiyyatda təbiət təsvirləri

Bir çox yazıçılar təbiət hadisəsini mexaniki yazırlar. Ola bilsin mexaniki yazılmış təbiət təsvirləri adamları bezdirir. Bizim ədəbiyyatda mexaniki yazilmış, mexanikliyi cəhənnəm, çox pis yazılmış təbiət təsvirləri çoxdu. O təsvirlər ki, nə hadisəylə bağlılığı var, nə də hisslərin qabarmasına xidmət edir. Bu kimi təbiət təsvirləri, təbiət təsvirləri deyil, sadəcə sinoptik xəbərləridi.
Bulvarda, saat qülləsinin yaxınlığında yerləşən çayxanada, açıq havada oturub çay içə -içə gənc və perspektivli bəstəkar Firudin Allahverdi ilə (Allah ondan həm bu dünyada, həm də o dünyada razı olsun) söhbət edirdik. Həmin çayxanada mürəbbəsiz çay verilmir, lakin sifətdən tanıdıqlarına, köhnə müştəriləri olduğumuza görə bizə güzəştə gedirlər. Allah onlardan razı olsun!

Davamı →

Bu roman yazılmalı deyildi – Seymur öz romanından yazır...

Soruşanda ki, kimin başı gəşəngdir, tısbağa öz başını çıxartdı.
Atalar məsəli

Müxtəlif vaxtlarda, müxtəlif zamanlarda dəfələrlə cəhdlər etsəm də, dəfələrlə ətrafında düşünsəm də, bu suala heç cür cavab tapa bilmirəm: necə oldu 18,6 sm romanını yaza bildim?
Desəm ki, romanı hər şeyi dərk edərək, planlı şəkildə, qazandığım təcrübəyə söykənərək yazmışam, bu, tərtəmiz yalan olar. Desəm ki, 18,6 sm sırf dəliliyin, ipə-sapa yatmamağın nəticəsində yazılıb, bu da düzgün cavab sayılmaz. İstəyirəm deyəm 18,6 sm taleyim, alın yazımdır, amma alın yazısına da inanmıram.

Davamı →

Anarla Seymur Baycanın oxşarlığı

Bir müddət əvvəl əziz və hörmətli Seymur Baycan haqqında tənqidi yazı yazmışdım. Düzdür, oturub xüsusi araşdırma aparmadım, lakin təxminlərimə görə ümumi mənzərə belə idi; mənim fikrimi bəyənənlər də oldu, tənqid edənlər də.
Seymur dərhal cavab yazısı yazdı.
Yaxşı elədi.

Davamı →

Zamanın nəhayətsiz zənciri

Qatar işıqları yanan birmərtəbəli kiçik stansiyada dayanmadan sovuşdu. Nərgiz stansiyanın adını da oxuya bilmədi.
— Nərgiz, qızım, siz niyə yatmırsınız? — Aleksey Markoviçin sakit, mehriban səsi Nərgizi fikirdən ayırdı.
Bir saatdan çox idi ki, Nərgiz yatmağa çalışırdı, ancaq mümkün olmurdu. O gözünü yuman kimi anasının fəryadını eşidirdi. Elə bil anası qaranlıqda gedən qatarın dalınca qaçır, qatarı yaxalayıb saxlamaq istəyir, buna gücü çatmırdı.

Davamı →

Katolik kilsəsinə tövbə etməyə getdim

Nə fərqi var, eşşəyə ya sağdan mindin, ya da soldan.

Atalar məsəli.

Bilirsiniz məni nə əsəbləşdirir? Hansısa şəxsin bədnam, cinayətkar əməllərindən, hansısa şəxsin qeyri-adekvat, bəzən hətta qəribə hərəkətlərindən danışan kimi bir dəstə adam tez-tələsik həmin şəxsin uşaqlığını təftiş etməyə başlayır. Deyirlər ki, uşaqlıqda atası onu döyüb, uşaqlıqda sevgi görməyib, uşaqlıqda əziyyət, aclıq çəkib, nə bilim uşaqlıqda biskvit, dondurma yeməyib, limonad icməyib və sairə və ilaxır. Freyddən beş-altı cümlə oxuyanlar dayanmadan “beynimizi xarab etməklə” məşğuldur.


Davamı →

Başından bezən adam haqqında esse

Zəhəri içmək lazımsa,
Biryolluq içəsən gərək,
Vaxtı uzatmaqla sovuşmur bəla.
A.S .Qriboyedov, “Ağıldan bəla”

Sakif çox az yeyir, pis yatırdı. Yataqdan könülsüz, süst, qarmaqarışıq fikirlərlə qalxırdı. Qalxmırdı, özünü qalxmağa məcbur edirdi. Gözünü açanda daxilində üzücü bir boşluq hiss edirdi, elə bil, labüd bir bəlanın baş verəcəyini qabaqcadan duyurdu. Son iki ildə başqalarının əzab-əziyyətinə qarşı çox həssas olmuşdu. Kobudluğa, laqeydliyə, biganəliyə dözə bilmirdi. Özünü yer üzündə bədbəxtlərin bədbəxti hesab edirdi. Evdə ölüm sükutu hökm sürürdü. Hər axşam o, özü ilə əzablı mübarizəyə başlayırdı. Ümidsizlikdən və əzabdan gözlərinin altı vaxtından xeyli əvvəl qırış-qırış olmuş, beli bükülmüşdü.

Davamı →